Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağıstan rəhbəri Sergey Melikov öz vəzifəsində fəaliyyətini başa çatdırır və başqa vəzifəyə keçir.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putin Kremldə region nümayəndələri ilə görüşündə bildirib.
"Dağıstanın fəaliyyətdə olan rəhbəri Sergey Alimoviç Melikovun səlahiyyət müddəti sentyabrda başa çatır. O, çox iş görüb və biz buna görə ona minnətdarıq. Lakin o, başqa işə keçir, həyat davam edir", - Putin bildirib.
Məlumata görə, Dağıstan parlamentinin sədri Zaur Asgenderov rəhbər vəzifəsinə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukini təklif edib. Sədr Dağıstan rəhbəri vəzifəsinə ikinci namizəd kimi Rusiya Prezidentinin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanovu təklif edib.