Modern.az

Ronaldu: "Karyeram getdikcə sona yaxınlaşır" 

Ronaldu: "Karyeram getdikcə sona yaxınlaşır" 

İdman

Bu gün, 00:04

"Ən-Nəsr" futbol klubunun və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerasını başa çatdırmaq barədə danışıb.

Modern.az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.

"Karyeram getdikcə sona yaxınlaşır... Hər matçın dəyərini bilmək lazımdır. Mənim parlaq karyeram olub və onun belə qalmasını istəyirəm. Mən hələ də zövq alıram, hələ də qollar vururam. Lakin hər şeydən əvvəl söhbət qələbələrdən gedir. Biz liqanı qazanmağı çox istəyirik.

Mən təkcə bu nəsil üçün deyil, həm əvvəlki, həm də gələcək nəsillər üçün oynamağa davam edirəm. Günbəgün, oyundan oyuna, ildən ilə zövq alıram - hətta karyeramın sonuna yaxınlaşdığım hazırkı vaxtda belə. Bu, faktdır", - deyə o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu