Modern.az

İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı adı verildi

İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı adı verildi

Ölkə

Bu gün, 16:42

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib.

Modern.az xəbər verir ki, bu barədə Anjela Makeeva məlumat verib.

Qeyd olunub ki, müvafiq qərar İrpen şəhər şurasının iclasında qəbul edilib.

Makeeva bildirib ki, İrpen icması Azərbaycan xalqı və Prezident İlham Əliyevlə uzunmüddətli dostluq və tərəfdaşlıq münasibətlərinə malikdir.

Onun sözlərinə görə, iki tərəfi mədəni və tarixi əlaqələr, eləcə də sülhə olan ortaq baxış birləşdirir.

Qeyd edək ki, Azərbaycan tərəfinin dəstəyi ilə İrpendə artıq “Linqvist” liseyi və şəhər poliklinikası bərpa olunub. Həmçinin yaxın vaxtlarda şəhərə yeni elektroavtobusların gətirilməsi gözlənilir.

Bundan əlavə, bu il Mədəniyyət evi, uşaq-gənclər idman məktəbi və bir sıra yaşayış obyektlərinin bərpası planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu