Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
...