Ötən gün gün sosial şəbəkədə yayılan məlumata görə, İctimai Televiziyanın informasiya Departamentinin direktoru Elgün İbrahimov, Türkiyədəki müxbirlər Rəhimə Mirzəyeva və Dilqəm Mirzəyev, Mərkəzi Asiya üzrə müxbirlər Füzuli Məcidli və Reyhan Məcidli, müxbir Dilavər Seyidov, rus dilində verilişlərin aparıcısı Tamilla Şirinova, siyasi icmalçı Bəxtiyar Səlimov, müxbir Rauf Nəbiyev işdən azad edilib.
Məlumatlarda adı çəkilən Bəxtiyar Səlimov onun haqqında deyilənləri təkzib edib.
O, Modern.az-açıqlamasında deyib ki, hazırda işindədir.
“İTV-də işləyirəm. Barəmdə kənarlaşdırma ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Modern.az