Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi davam edir. Modern.az saytının məlumatına görə, günün son oyununda Belçika və İtaliya komandaları qarşılaşıblar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesabı italyanlar açıblar - 32-ci dəqiqədə Qiaççerini fərqlənib.
Bundan sonra belçikalıların çoxsaylı cəhdləri nəticəsiz qalıb. Oyunda son nöqtəni isə uzatma dəqiqələrində Pelye qoyub. Beləliklə, oyun italyanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Modern.az