Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru Cəmşid Hənifəyevə polis polkovnik-leytenantı rütbəsi verilib.
Modern.az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, müvafiq əmri bu gün, iyulun 1-də, daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Qeyd edək ki, C.Hənifəyev uzun illər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayət-eskort bölüyünün komandiri olub.
Modern.az