Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan cinayətkar dəstəsinin istintaqı davam edir. Hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevin cinayət işi üzrə sabiq nazir müavini Hilal Əsədovun ifadəsi alınıb.
Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, istintaqçılar sabiq nazir müavinindən MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. Hilal Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.
MTN-dəki mütəşəkkil cinayətkar dəstənin rəhbəri Eldar Mahmudov və onun “sag əli” hesab olunan Hilal Əsədov azadlıqda olsalar da, hər an onların həbsi realdır.
Modern.az