Avqustun 27-də saat 19 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Bakı şəhər sakini İkram Nəzərov idarə etdiyi “QAZ-31” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb.
Hadisə nəticəsində xəsarət alan İ.Nəzərov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar buraxılıb.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Gülşən RAUFQIZI