Modern.az

Çexiyada qrip epidemiyası rəsmən elan olundu

Çexiyada qrip epidemiyası rəsmən elan olundu

7 Yanvar 2017, 16:45

Yanvarın 6-dən Çexiya Respublikasında artıq bir neçə adamın ölümünə səbəb olan qrip epidemiyasının kütləvi yayıldığı rəsmən elan edilib.
Modern.az xəbər verir ki, bu barədə rəsmi açıqlama Çexiya Respublikası Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

 "Aktual məlumatlara əsasən, biz təsdiq edə bilərik ki, Çexiya Respublikasının bütün ərazisində A/h3n2 tipli qrip epidemiyası elan olunub", - Çexiyanın baş sanitar həkim Eva Qottvaldova bildirib.

 Bu gün Çexiyada hər 100 000 sakinə qrip epidemiyasına yoluxmuş təxminən 1500-1600 nəfər düşür.

Çexiya Səhiyyə Nazirliyi insanların sıx toplaşdığı yerlərdən uzaq gəzməyə, gigiyenik nəzarəti gücləndirməyə çağırıb.
 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var