NATO Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Kişinyovda Şimali Atlantika Blokunun ofisinin açılacağını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Moldovanın baş naziri Pavl Filiplə mətbuat konfransı zamanı deyib.
“Moldova hökumətinin çağırışı ilə Kişinyovda öz ofisimizi yaradacayıq” – deyə Stoltenberq deyib.
NATO Baş katibi ofisin sırf mülki xidmətlər göstərəcəyini bildirib.
Vüqar İSMAYILOV