Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu “Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.
Baş vermiş hadisə nəticəsində xəsarət alanların iki nəfər azyaşlı uşaq Xaçmaz rayon xəstəxanasına göndərilib. Onlar 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu, Şirəliyev Babək Elçin oğluna çoxsaylı sınıq, qapalı kəllə-beyin travması və ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub. Onun kiçik qardaşı Şirəliyev Əli Elçin oğlunun isə bud sümüyü sınıb.
Onlar artıq yaşadıqları Bakı şəhərinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
Modern.az