Gəncə sakini Daşkəsəndə bədbəxt hadisə nəticəsində ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb.
Gəncə sakini, 1957-ci il təvəllüdlü Mustafa Vahabov dostları ilə çayın kənarında istirahət edərkən ehtiyatsızlıq nəticəsində qayalıqdan çaya yıxılıb.
M. Vahabov hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.