Modern.az

Göygöldə şagird məktəbdə bıçaqlandı

Göygöldə şagird məktəbdə bıçaqlandı

Aktual

9 Oktyabr 2017, 12:02

Göygöldə bıçaqlanma hadisəsi baş verib. 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok