İspaniya baş naziri Mariano Rahoy Kataloniya hakimiyyətindən izahat tələb edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya rəhbəri Karlse Puçdemonun öncə müstəqillikdən imtinaya çağırış edərək sonradan referendum bəyannaməsini imzalaması Madridin qəzəbinə səbəb olub.
Rahoyun sözlərinə görə əgər Kataloniya müstəqillik elan edərsə, İspaniya konstitusiyasının 155-ci maddəsinə uyğun olaraq Madrid Kataloniyanın muxtariyyət hüququnu dayandıracaq.