Brüsseldə “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində qəbul olunacaq bəyannamə üzv ölkələrin Avropa İttifaqı ilə siyasi və iqtisadi yaxınlaşmasındakı irəliləyişi qiymətləndirməklə məhdudlaşacaq.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə məlumat verib.
“Məlumata görə, üzv ölkələrin regionda sülh və əmin-amanlığı təmin etməsindəki rolu da Birlik tərəfindən alqışlanacaq”.
Bundan öncə, diplomatik mənbə sammitin yekun bəyannaməsində üzv ölkələrin Birliyə daxil olması perspektivinin qeyd olunub-olunmamasının mübahisələr doğurduğunu yazmışdı.
“Şərq Tərəfdaşlığı” ölkələrinə Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Ukrayna və Ermənistan daxildir.