ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Reymond Makmaster Rusiya və Çini Amerika üçün "revizionist güclər" kimi xarakterizə edib. Herbert Reymond Rusiya və Çini ABŞ-ın müstəqilliyi və azadlığı üçün təhdid olaraq görüb.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o bildirib ki, geosiyasət soyuq müharibədən sonra intiqamla geri qayıdır.
“Çin və Rusiya beynəlxalq nizamı və sabitliyi pozur. Onlar qonşularını suveren hüquqlardan və qanunun aliliyindən məhrum edirlər".
Onun sözlərinə görə, Rusiya bir çox sahədə fəaliyyət göstərən sivilizasiya vasitələrindən istifadə edərək, müəyyən yollarla müxtəlif böhranlar yaratmağa çalışır.
Bildirib ki, Rusiya İkinci Dünya Müharibəsindən bəri ilk dəfə Ukraynada və Gürcüstanda Avropanın sərhədlərini zorla dəyişdirib.
“Bununla yanaşı Çin, iqtisadi qanunlara meydan oxumaq üçün "iqtisadi zoakılıq" ilə məşğul olur”- o bildirib.
Nəzrin CAVİD