Modern.az

Yanğın bir ailəni evsiz qoydu

Yanğın bir ailəni evsiz qoydu

Aktual

16 Dekabr 2017, 00:23

Balakəndə yanğın bir ailəni evsiz qoydu. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Balakən rayonu, Tülü kəndində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 96 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok