"Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm".
Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti V. Putin hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı suala cavabında bildirib.
Özünün seçki qərargahında jurnalistlər önünə çıxan V. Putin bır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib: "O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Hələlik, seçkilərin nəticələrini gözləmək lazımdır. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək"