ABŞ prezidenti Donald Tramp bu gün axşam saatlarında İranla bağlı qərarını elan edəcək.
Modern.az “The New York Times”a istinadən xəbər verir ki, ABŞ lideri İranla Qərb arasında imzalanmış nüvə razılaşmasından çıxmaq niyyətindədir.
Prezident Tramp bu barədə qərarını Ağ Evdə yerli vaxtla saat 14-də (bakı vaxtı ilə 22-də) elan edəcək.
ABŞ razılaşmadan çıxarsa, İranı yeni sanksiyalar gözləyir.
Yox, əgər Tramp geri addım atarsa İranın Avropa ilə əlaqələri genişlənəcək və İran artıq ABŞ tərəfdən cəzalandırılmaq təhlükəsindən çəkinməyəcək.
Qeyd edək ki, İranla nüvə razılaşması 2015-ci ilin iyulunda əldə edilib. Bu razılaşma İranla altılıq ölkələri arasında bağlanıb. Razılaşmaya əsasən İran nüvə proqramından əl çəkir və əvəzində ona qarşı tətbiq edilən sanksiyalar pillə-pillə aradan qaldırılır.
Əvəz ZEYNALOV