Modern.az

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Aktual

27 May 2018, 14:41

Fransa müstəqil Azərbaycanın tarixində mühüm rol oynayır və hazırda iki ölkə arasında əməkdaşlıq bir neçə prioritet sahələr üzrə fəal inkişaf edir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında deyib.

 

E.Məmmədyarov fransalı həmkarı ilə Bakıda görüş zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların statusunun da müzakirə olunduğunu bildirib:

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəlincə, biz münaqişənin sülh yolu ilə həlli strategiyasını dəstəkləyirik və mən əminəm ki, Fransa da ATƏT-in Minsk Qrupunun həmsədri kimi bundan sonra bu münaqişənin həlli üçün köməkliyini göstərməkdə davam edəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok