Modern.az

Türkiyədə terror planlaşdıran 14 nəfər yaxalandı

Türkiyədə terror planlaşdıran 14 nəfər yaxalandı

22 İyun 2018, 12:25

Türkiyə paytaxtı Ankarada İŞID əleyhinə bir neçə ünvanda eyni anda əməliyyat keçirilib.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində 14 nəfər yaxalanıb.

Hadisə barəsində agentliyə hüquq mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

 

Mənbədən saxlanılan şəxslərin qarşıda gözlənilən prezident və parlament seçkiləri ərəfəsində terror aktları həyata keçirməyi planlaşdırdıqları bildirilib.

 

Saxlanılan şəxslərin hamısı xarici ölkə vətəndaşları olduğu da vurğulanıb.

Qeyd edək ki, İŞID-ın Türkiyədə həyata keçirdiyi terror aktları nəticəsində 300-dən çox türkiyə vətəndaşı həyatını itirib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var