Modern.az

“Qazprom” qazın topdansatış qiymətini qaldırıb

“Qazprom” qazın topdansatış qiymətini qaldırıb

Aktual

1 İyul 2018, 10:34

Rusiyanın “Qazprom” konserni iyulun 1-dən qaza olan topdansatış qiymətlərini bütün istehlakçı kateqoriyalar üçün 3,4 faiz  qaldırıb.

Modern.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Rusiya Antiinhisar Xidməti tərəfindən qəbul edilib. 

Məlumata görə, 11 may tarixli əmr Ədliyyə Nazirliyində iyunun 19-da qeydə alınıb.  

Qeyd edək ki, “Qazprom”un satdığı qazın topdansatış qiymətləri Rusiya hökuməti tərəfindən tənzimlənir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok