Qazaxda mübahisə edən şəxslərdən biri digərinə oraqla xəsarət yetirib. Modern.az "Report"a istinadən xəbər verir ki, 27 yaşlı Elmar Musa oğlu Sarıyev rayonun Xanlıqlar kəndində öz tanışı ilə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.
Bu zaman tanışı onu oraqla vurub. Müxtəlif bədən xəsarətləri alan M.Sarıyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.