Modern.az

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

21 Avqust 2018, 08:38

Avqustun 20-də ABŞ-da iki iranlı Tehrana casusluqda ittiham edilib. 

Modern.az-ın məlumatına görə, bu haqda  "Reuters"in xəbərində bildirilib.  

Casusluqda şübhəli bilinən 38 yaşlı Əhmədrza Muhammedi-Dustdarın həm  ABŞ həm də İran pasportu var.

Həmçinin Kaliforniyada yaşayan 59 yaşlı İran vətəndaşı Məcid Qurbani həbs edilib. 

Onlar İrana ABŞ haqqında kəşfiyyat xarakterli materialların ötürülməsində, həmçini daxildə təxribat törətməkdə ittiham olunublar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var