Əməkdar artist Mehriban Xanlarovanın aparıcılığını etdiyi “Canım sizə desin” adlı proqramın yayımı dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə ARB TV məlumat yayıb. Sosial şəbəkələrdə tənqid olunan verilişin kanal rəhbərliyi tərəfindən bağlanıldığı deyilir.
Qeyd edək ki, verilişdə ötən həftə “Azəri Vandam” adlı şəxsin qonaq olması və aktrisanın bayağı hərəkətləri müzakirə olunmuş, qınaq obyektinə çevrilmişdi.