Modern.az

Bakıda silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanıldı

Aktual

16 Fevral 2019, 17:16

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm, ümumi çəkisi 5 qram olan narkotik vasitə - heroin və bir büküm, çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb.

 

Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok