Bu il Milli parklarda uşaqlar üçün "Təbiəti dərk et-əylən" tipli guşələr yaradılacaq.
Modern.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O qeyd edib ki, belə guşələrin yaradılmasında məqsəd Milli Park ərazilərində uşaqların vaxtının daha səmərəli, maraqlı keçirməsinə nail olmaqdır.
H.Əlizadə bildirib ki, "Təbiəti dərk et-əylən" tipli güşələrin bütün Milli parklarda yaradılması nəzərdə tutulur.