Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, partlayış barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub:
“Hadisə yerinə 3 təcili yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib”