"Mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir".
Modern.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Əsgər Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Geridə qoyduğumuz 2019-cu il bizim üçün yeni bərpa - restavrasiya layihələri, muzey ekspozisiyaları, xarici qonaqlar, müxtəlif mədəni tədbirlər - bir sözlə çoxsaylı hadisələrlə yadda qaldı. Həmçinin qeyd etmək istəyirəm ki, Qoşa Qala qapılarının restavrasiya məsələsi 2019 - cu ilin oktyabrında tamamlanıb" - deyən Əsgər Ələkbərovun sözlərinə görə 2019-cu ildə turizm sahəsində 3271 nəfərə fərdi turlar təşkil edilib:
"Eyni zamanda, vurğulamaq istərdim ki, ötən ildən başlayaraq UNESKO-ilə əlaqələrimizi də daha da gücləndirmişik".