Modern.az

Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb

Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb

Aktual

16 Fevral 2020, 16:00

Bu gün Türkiyənin TV8 telekanalaında yayımlanan məşhur “Survivor” yarışmasına start veriləcək.

Modern.az saytı xəbər verir ki, ünlü teleaparıcı Acun Ilıcalının rəhbəri olduğu yarışma həmişəki kimi Dominikan Respublikasında təşkil olunub. Yarışma “Məşhurlar” və “Könüllülər” komandaları arasında keçirilir.

İlk dəfə olaraq “Survivor” yarışmasına bir azərbaycanlı da qatılıb. Kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) “Survivor” yarışmasında “Məşhurlar” komandasının tərkibində çıxış edəcək.

Qeyd edək ki, “Survivor” yarışması bu gün saat 21.00-da TV8 telekanalaında yayımlanmağa başlayacaq.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok