Modern.az

Azərbaycanın hərbi nümayəndələri İranda

Azərbaycanın hərbi nümayəndələri İranda

Aktual

26 Fevral 2020, 21:09

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehranda ikinci iclası keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok