Gəncədə bıçaqlanma hadisəsi olub.
Modern.az APA-ya istinadən xəbər verrir ki, hadisə şəhərin Adilxan Ziyadxan küçəsində qeydə alnıb.
1986-ci il təvəllüdlü Hüseynov Röyal Nürəddin oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, R.Hüseynovu qardaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.