Modern.az xəbər verir ki, “Eurovision” Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıblar. Mayın 12-də gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib. Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq, "Sarı gəlin" xalq mahnısını canlı ifa edib.
"Elə bil ikinci vətənimdəyəm" deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib.