Bu gün Çinin Hebey əyalətində 5.1 maqnitudalı zəlzələ olub.
Modern.az-ın xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 06.38 radələrində baş verən zəlzələnin ocağı Que rayonunun Tanşan şəhərində 10 km dərinlikdə yerləşib. Que rayonuna yanğınsöndürənlər və xilasedicilər göndərilib.