Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.
Modern.az xəbər verir ki, türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb.
33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.
"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə o, vurğulayıb.