Modern.az

Səlimin anası da koronavirusdan vəfat etdi

Səlimin anası da koronavirusdan vəfat etdi

Aktual

9 Mart 2021, 14:00

Əməkdar artist Səlim Abbasovun anası koronavirusdan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, skripka ifaçısının valideyni bu gün müalicə aldığı Zığda yerləşən modul tipli xəstəxanada vəfat edib. 

 

Qeyd edək ki, S. Abbasov ötən gün instaqram hesabında açıqlama yayaraq anasının koronavirusa yoluxduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdi.

 

Əməkdar artistin atası Vaqif Abbasov isə üç gün əvvəl “COVID-19”dan həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var