Azərbaycanda son sutkada 33033 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4148 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 28885 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1626916 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 996400 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630516 nəfərdir.