Modern.az

Tovuzda qəza: iki minik avtomobili toqquşdu

Tovuzda qəza: iki minik avtomobili toqquşdu

20 İyun 2021, 17:30

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 25 yaşlı Həsənov Allahqulu və 27 yaşlı Ayvazov Niyaməddin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yaralıların vəziyyətin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok