“Qarabağ” UEFA Konrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrə “Bazel”ini qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, H qrupunun digər matçında “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubu ilə qolsuz heç-heçəyə razılaşıb.
***
20:45
“Qarabağ“ və İsveçrənin “Bazel“ komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.
Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:45-də başlayıb.
Qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.