Modern.az

Avtobus qəzasında yaralananların SON DURUMU

Avtobus qəzasında yaralananların SON DURUMU

Aktual

7 Fevral 2022, 10:50

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı daha bir məlumat yayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb:

 

"16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti stabildir, həkim nəzarətindədilər".

 

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb. İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza hadisəsi ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq