Modern.az

"Danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm" - Rafiq Hüseynov

İdman

10 May 2024, 10:45

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala çıxaraq Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

 

Modern.az xəbər verir ki, o, yarışdan sonra sosial media hesabında maraqlı paylaşım edib.

 

R.Hüseynov Avropa çempionatındakı uğursuzluqdan sonra idmandan getməli olduğunu deyənlərə səslənib:

“Çəkdiyim əziyyət yerdə qalmadı. Ağır zədələrdən sonar özümü toparlayıb yenidən qalib gəlməyim daha da sevindiricidir.

 

Üzərimdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu lisenziyanı “divan kritikləri”nə həsr edirəm. Hansı ki, mən Avropa çempionatında müəyyən səbəblərə görə məğlub olanda “ağız dolusu” danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm. Onlar olmasaydılar, bu qədər prinsplə məş etməzdim. İstanbuldan sizə salamlar”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi