Modern.az

17 milyon iranlıya ərzaq talonu veriləcək

17 milyon iranlıya ərzaq talonu veriləcək

Aktual

25 Yanvar 2013, 14:37

Modern.az “Mehr” Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran prezidentinin administrasiyası və İran parlamenti İranda aşağı gəlirli ailələrə kömək etmək barədə razılığa gəliblər.Qərara görə, 17 milyon iranlıya ərzaq talonu veriləcək. Yağ,düyü və şəkər əhalinin yoxsul təbəqəsinə paylanacaq. Bundan əvvəl Məclis və prezident administrasiyası Milli İnkişaf Fondundan az gəlirli ailələrə kömək üçün 2 milyard dollar pul ayrılması barədə razılığa gəlmişdilər. Həmin vəsait yoxsul ailələrin əsas qida ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.

Peykər İBRAHIMOVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok