“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 15 nəfər təşkil edib. Ötən müddətdə 9 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (2 nəfər erməni gülləsi), 13-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da
naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 1 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 2 nəfər intihar edib. Dünyasını dəyişənlərin 13-ü Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi
qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (9 nəfər) onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si mülki şəxslərlə davadan, 1-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1-i bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 1-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Modern.az