Modern.az

Qana və Uruqvay qrupda qaldı - YENİLƏNİB

Qana və Uruqvay qrupda qaldı - YENİLƏNİB

İdman

2 Dekabr 2022, 21:10

Qana və Uruqvay milli komandaları dünya çempionatı ilə vidalaşıblar.

 

Modern.az xəbər verir ki, H qrupunun sonuncu turunda Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Lakin digər görüşdə Portuqaliyanın Cənubi Koreyeya uduzması asiyalıların mərhələ adlamasına səbəb olub.

 

Qana - Uruqvay - 0:2

Qol: Arraskaeta, 26, 32

 

Qeyd edək ki, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

***

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

***

 

Dünya çempionatının H qrupunun III turunda Bakı vaxtı ilə saat 19:00-da başlayacaq Qana və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq.

 

Qana: 1. Laurens Atiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams

 

Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok