Modern.az
Qəzənfər Həmidoğlu Haaqa-Xankəndi-Laçın...

Qəzənfər Həmidoğlu

Haaqa-Xankəndi-Laçın...

Aktual

24 Fevral 2023, 09:30

22.02.2023. Haaqa. BMT-nin Hollandiyada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (Dünya Məhkəməsi) Ermənistanın Azərbaycana qarşı vəsatətini qismən qəbul etdi. Məhkəmənin qərarında deyilir: “Ermənistan Azərbaycana qarşı” işi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan “Laçın dəhlizi”ndə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə fasiləsiz hərəkətini təmin etmək üçün əlində olan bütün imkanlardan istifadə etməlidir.
 

23.02.2023. Xankəndi. Arayik Arutyunyan ötən ilin noyabrında Qarabağdakı qondarma qurumun “dövlət naziri” təyin etdiyi milyarder Ruben Vardanyanı təxminən 120 gündən sonra vəzifəsindən qovdu.
 

24.02.2023. Laçın-Xankəndi yolunda 2022-ci il dekabrın 12-də başlayan etiraz aksiyası 75-ci günündə bitə bilər. Amma bitməyə də bilər: Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı, ekoloji və digər fəsadlarla bağlı monitorinqin aparılması tələbi hələ də yerinə yetirilməyib.
 

Bundan daha vacibi var: o dəhlizdə o nəzarət-buraxılış postu mütləq qoyulmalıdır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir