Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəbul mətbuata qapalı olub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.