Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisindən keçən 110 millimetrlik magistral içməli su xəttində qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə nəticəsində rayonun bəzi yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb.
Hazırda qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində tədbirlər görülür.