Modern.az

Sabah bu ərazilərdə qaz olmayacaq 

Sabah bu ərazilərdə qaz olmayacaq 

Ölkə

Bu gün, 19:44

Sabah Qəbələ şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 26-da saat 09:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin Nəsimi və Z.Əliyeva küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI