25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.
Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.
Təbiət hadisəsi bir faza ilə xarakterizə olunub. Vulkan püskürməsinin davamlığı 15 dəqiqə davam edib. Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2 km dərinlikdə qeydə alınıb.